Azərbaycanda azad iqtisadi zonalarla bağlı vəziyyət necədir?

Azərbaycanda azad iqtisadi zonalarla bağlı vəziyyət necədir?
26 Aprel 2022
Mətni dəyiş

https://www.facebook.com/watch/?v=1081461055742858

Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan tədbirlərdən biri də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azad İqtisadi Zonanın yaradılması idi.

2017-ci "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanında azad iqtisadi zona yaradılacağı bildirmişdi. O demişdi ki, layihənin icrasından ötrü qanunvericilik bazası artıq təsdiq edilib onun icrası ilə bağlı tədbirlər planı hazırdır. Digər rəsmi şəxslər də bənzər fikirlər səsləndirsələr də, aradan ötən bu müddət ərzində sözügedən ərazidə heç bir azad iqtisadi zona yaradılmayıb.

Məsələ ilə bağlı İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərinə sorğu ilə müraciət etdik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən cavaba görə, bu məsələ ilə bağlı görüləcək tədbirlər onlara deyil, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub. Qurumdan müvafiq məlumatların layihənin esas icraçısı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətindən əldə edilməsi tövsiyə olunub.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Ayaz Əliyev isə bildirib ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapan tədbirlərin icrasının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunan hədəflərə nail olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.

İqtisadçının sözlərinə görə, Sinqapur, Çili, Cənubi Koreya, Tayvan kimi dünya təcrübələri də dəfələrlə sübut edib ki, iqtisadi islahatlar hüquqi və idarəetmə islahatlarından başlayır. Yalnız bundan sonra iqtisadi islahatlar edilir. Azərbaycan hökuməti isə həlli mümkün olmayan proqramlar qəbul edir, amma onun icra edilməmə səbəblərini araşdıraraq onların aradan qaldırılması üçün ciddi addımlar atmır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun