Türkiyə hərbi təyyarəsi Aralıq Dənizi üzərində böyük enerji ehtiyatlarına sahib olduğuna inanılan mübahisəli sularda Yunan təyyarəsini nişangahda saxlayır.
Hər iki ölkənin Hərbi Hava Qüvvələri eyni model döyüş təyyarələrindən istifadə edərək güc balansı sərgiləyir. Lakin Yunanıstanın bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri ilə müdafiə müqaviləsi imzalaması Ankarada təşviş doğurur. Türkiyə Prezidentinin müşaviri Mesut Casin bildirir ki, "Əgər Aralıq Dənizi və Egey Dənizində bu ölkələr toqquşsalar, bu, güc balansını dəyişəcək. Harada? Havada. Niyə? Çünki BƏƏ və Yunanıstan birlikdə F-35 təyyarələri alarsa, bu, Türkiyənin maraqlarına ziddir". BƏƏ ABŞ-dan 100 ədəd ən son model F-35 təyyarələri almağa hazırlaşır. Yunanıstan da bu təyyarələrdən almaq niyyətindədir. Lakin Ankaraya F-35 təyyarəsi almaq qadağan olunub. Buna səbəb Türkiyənin Rusiyaya məxsus raket əleyhinə sistemlər almasıdır. Vaşinqton bu sistemlərin F-35-lərin radardan yayınma texnalogiyasını təhlükəyə atdığını bildirir.
Digər tərəfdən analitiklər bildirir ki, Yunanıstan Misir və Əmirliklərlə birlikdə Türkiyə sahillərində hərbi təlimlər keçməsi ilə Ankaraya təzyiq göstərərək onun bölgədə təcrid olunduğuna işarə edir. Orta Şərq Texniki Universitetindən Hüseyin Bağcı hesab edir ki, “Hazırda Türkiyəyə qarşı genişlənən bir blok, artan antipatiya var. Türkiyə bu minvalla gedə bilməz. İsrail, Misir, BƏƏ - bu həddən artıq çoxdur. Bu Tükiyənin əldə etmək istədiyi bir şey deyildi. Türkiyə regonal lider və regional oyunçu olmaq niyyətində idi. İndi isə yalnız Qətər Türkiyəni dəstəkləyir".
Gələn həftə keçiriləcək Avropa İttifaqı Sammitində Afina Türkiyənin onun ərazi sularını pozması səbəbi ilə Ankaraya qarşı sanksiyaların həyata keçirilməsini təşviq edəcək.
Hazırda Türkiyə və Aİ arasında münasibətlərinin hansı səviyyədə olduğunu Aİ-nın Türkiyədəki ofisinin restorana çevrilməsi göstərir.
Təqaüddə olan Türkiyə səfiri Mithat Rende bildirir ki, "Əsas məqsəd tədricən sankisyalar tətbiq etmək olsa da, bu, nə Aİ nə də ki, Türkiyənin marağında deyil. Əsas məsələ indi dialoqdur. Sanksiyaların tətbiq edilməsi Türkiyənin Şərqi Ararlıqdakı siyasətində dəyişikliyə səbəb olmayacaq".
Gələn həftə keçiriləcək Aİ sammiti ərəfəsində Ankara Aralıq Dənizindəki mübahisəli sularda fəaliyyət göstərən enerji araşdırma gəmilərini geri çəkərək dialoqa çağırış edib.
İndi COVID səbəbindən tətbiq olunan məhdudiyyətlər Türkiyəni Aİ sanksiyaları qarşısında daha həssas duruma salıb.