Elnarə Qasımova

Elnarə Qasımova

Jurnalist

Elnarə Qasımova “Abzas Media”nın jurnalistidir və 2018-ci ildən jurnalistika ilə məşğuldur.

“Abzas Media”ya 2023-cü ilin oktyabrında qoşulmazdan əvvəl “Açıq Azərbaycan”, Meydan TV, “Amerikanın Səsi”, BBC Azərbaycanca və “Mikroskop Media” ilə əməkdaşlıq edib.

Peşə fəaliyyəti boyunca polis təzyiqi, təhdidlər, qeyri-insani rəftar və saxlanma halları ilə üzləşib.

2025-ci ilin iyununda “Abzas Media işi” üzrə 8 il azadlıqdan məhrum edilib.

Həbsindən sonra da jurnalist fəaliyyətini dayandırmayıb və saxlanıldığı Bakı İstintaq Təcridxanasından qanunsuzluqlar, rüşvət halları və qadın məhbuslara qarşı hüquq pozuntuları barədə yazıb.

Yerli və beynəlxalq insan hüquqları təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun