“Abzas Media”nın direktoru və baş redaktorunun həbs müddəti uzadılıb.
Xətai Rayon Məhkəməsində keçirilən iclasda Ülvi Həsənlinin həbs müddəti 3 ay, baş redaktor Sevinc Vaqifqızının həbs müddəti isə 2 ay 29 gün uzadılıb. Jurnalistlər “Abzas Media” işi üzrə saxlanılıblar.
Onlar bu iş üzrə saxlanılan digər “Abzas Media” jurnalistləri kimi qaçaqmalçılıqda ittiham edilirlər. Jurnalistlər ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu deyirlər.