Martın 7-də Xətai Rayon Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs qətimkan tədbirlərinin müddəti daha 3 ay uzadılıb.
Jurnalistlər “Abzas Media” işi üzrə həbs ediliblər. Onlara qarşı “Abzas Media”nın digər jurnalistləri kimi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.