2023-cü il üzrə “Homo Homini” Qlobal İnsan Haqları Mükafatı “Abzas Media” müstəqil media orqanına təqdim edilib.
“People In Need” Təşkilatının təsis etdiyi mükafatı “Abzas Media”nın müvəqqəti baş redaktor vəzifəsini icra edən Leyla Mustafayeva qəbul edib. Mərasimdə çıxış edən Leyla Mustafayeva Azərbaycanda insan haqlarının durumu və jurnalistlərə təzyiqlərdən danışıb.
Daha sonra “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin qızına yazdığı məktub oxunub. Mərasimin sonunda mühacir repçi Camal Ali azad Azərbaycan üçün rep oxuyub.