ARAŞDIRILMAYAN CİNAYƏTLƏR: 20-Cİ SERİYA - General-leytenant Mais Bərxudarov
General-leytenant Mais Bərxudarovun adı “Beyləqan işgəncələri” işində rəhbərlik etdiyi ordu korpusunda hərbçilərə qarşı kütləvi işgəncələrin verilməsində hallanırdı. “Abzas Media” ittiham aktı və məhkəmə istintaqı dövründə verilən şahid və zərərçəkmiş ifadələri əsasında Mais Bərxudarova yönəlik ittihamları araşdırıb.
Bərxudarovun sözügedən ittihamlarla bağlı dəfələrlə hakim qarşısında ifadə verməyi tələb olunsa da, o, heç vaxt bu işlə bağlı məhkəmə qarşısına çıxarılmayıb, dindirilməyib. Mais Bərxudarov 2014-cü ildən “Beyləqan korpusu” kimi tanınan II Ordu Korpusuna komandanlıq edir. O, müxtəlif vaxtlarda “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” “Qüsursuz xidmətə görə” və s. medallarla təltif olunub.