Video Reportaj

“Meydan TV”nin əməkdaşları barədə həbs qətimkan tədbiri seçilib

1 dəqiqə

Dekabrın 8-də məhkəmə"Meydan Tv"nin 5 jurnalisti və 2 media əməkdaşı barəsində həbs qətimkan qərarı verib.

Xətai rayon Məhkəməsində keçirilən proseslərdə jurnalistlər Ayac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar qaçaqmalçılıqda ittiham edilirlər.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini peşəkar jurnalist fəaliyyətlərilə əlaqələndirirlər.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun