“Abzas Media”nın həbsdəki jurnalistlərinin valideynləri mətbuat konfransı keçirib. Valideynlər Bakı İstintaq Təcridxanasında övladlarına qarşı edilən zorakılıqdan danışıblar.
Hüquq müdafiəçisi Rüfət Səfərov və AXCP-nin sədr müavini Seymur Həzi də siyasi məhbuslara təzyiqlərdən bəhs ediblər. Bir müddət əvvəl “Abzas Media”nın həbsdəki jurnalistləri təcridxanada fiziki zorakılığa məruz qaldıqlarını demişdilər.
Medianın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının ailəsi onunla görüşdə qolundakı xəsarət izlərini görüb. Sevinc Vaqifqızı eyni xəsarətlərdən Nərgiz Absalamovada da olduğunu bildirib. Onlar saxlanıldıqları kameraların nəfəsliklərinin bağlı qalmasına etiraz etdiklərinə görə fiziki zorakılığa məruz qaldıqlarını deyirlər.