2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən bir sıra dəyişikliklər qüvvəyə minib.
Bu ildən Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sığorta haqları üzrə borcu olan mikrosahibkarlar üçün 75 faizlik vergi güzəşti və azadolma ləğv olunub.
Həmin mikrosahibkarlar gəlirlərindən 5 faiz əvəzinə 20 faiz ödəməlidirlər. Həmçinin bir sıra digər vergi ödəmələrində artım və ya güzəşt nəzərdə tutulub. Bundan başqa,
Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərlə vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları artırılıb. Vətəndaşlardan soruşmuşuq ki, ödədikləri vergilərinin hara və necə xərcləndiyini bilirlərmi?