“Hakimiyyət alternativ namizədləri qəbul etmir. Özünün əldədüzəltmə namizədlərini guya demokratiya adı ilə bu seçki marafonuna qatıb. Amma əslində hamı bilir ki, o namizədlər saxtadır”
Yanvarın 7-də prezidentliyə namizədliyini irəli sürən 2 şəxs Mərkəzi Seçki Komissiyasinin qarşısında aksiya keçirib.
Namizədlər komissiya üzvlərinin onları qəbul etmədiklərini deyirlər. “6 gün ordan, 7 gündür burdan. 13 gündür bizi ancaq mühafizə əməkdaşları qəbul edir. Deyirlər telefonla zəng edin, o da işləmir” – prezidentliyə namizədliyini irəli sürən Namizəd Səfərov belə deyir.