"Sizi şahid kimi dindirmək üçün dəvət edirik"
Yanvarın 15-də Xətai Rayon Məhkəməsində jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı “Abzas Media” işi üzrə bundan əvvəl həbs edilən digər 5 əməkdaş kimi Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir Qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Jurnalist yanvarın 13-də şahid qismində yenidən dindirilmək üçün Bakı Şəhər Baş Polis idarəsinə çağırılmışdı.