Tələbə: “Məcbur “podnos” daşıyırıq” Nərmin Şahbazova müsahibə verdiyi vaxt işdən çıxarıldığı xəbərini alır.
Xəbəri alandan sonra Nərmin dərhal iş axtarmağa başlayır.
Çünki o, işləməyə məcburdur. Nərmin ödənişli təhsil alır və Bakıda kirayə yaşayır.
Deyir ki, tələbələr iş sahəsində ən çox istismara məruz qalan təbəqədir. O, 200 manat qarşılığında bəzən 15 saat işlədiyini deyir.