Azərbaycanın başlatdığı hərbi əməliyyatla bağlı ilkin görüntülər yayılıb. Xankəndidə yaşayan erməni əhali və Azərbaycan hökumətinə bağlı bəzi telegram kanalları əməliyyatdan videolar paylaşıblar.
Azərbaycan sentyabrın 19-da gecə saatlarında AAYDAA-nın və DİN-in Daxili Qoşunlarının ümumilikdə 6 əməkdaşının Qarabağda minaya düşərək həlak olmasından sonra "antiterror əməliyyatı"na başladığını açıqlayıb.