“-Bəs sənə çətin gəlmir belə işləmək? Uşaq: Çətin gəlməyinə gəlir, amma ehtiyacım var, neyləyim?”
Metroda, avtobuslarda, küçədə tez-tez dilənən, əlindəki qələmi, salfeti satmağa çalışan uşaqlar görürük.
Səhərdən axşama qədər küçələrdə o baş-bu başa dolaşan bu uşaqlar günə 10-15 manat qazandıqlarını deyirlər. Kəmalə Ağazadə: “Əgər bir uşaq deyirsə ki, mən gündə 100-150 manat evə aparıram, bu, artıq uşağın istismarıdır”.
Qanunvericilik və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sənədlər isə uşaq əməyindən istifadəni qadağan edir. Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. Hər gün küçələrdə çalışan, dilənməyə məcbur edilən uşaqlar görmək mümkün olsa da, nə hökumət, nə də qeyri-hökumət təşkilatları bu barədə statistika aparır.