"Özü də atadan yetim idi, uşaqları da yetim qaldı. Bir qızı ,bir oğlu var. Onlar da balacadılar, heç məktəbə getməyiblər",- Qarabağda minaya düşərək həyatını itirən polis əməkdaşı Ramil Şirinovun qohumu deyib. Bu gün mina partlaması nəticəsində həlak olan polis əməkdaşları dəfn olunub. "Noyabrın 12-də toyu olmalı idi. Öz nişanlısı ilə getdi, “oboy”, “metlaq” aldı. Evini təmir edirdi, yarımçıq qaldı",- həlak olan polis serjantı Asim Camalzadənin babası deyib.