“Avtobusun olmadığı vaxtlarda bizdə təhsil yoxdur”
“Dərs başlayanda baxıb görərsiniz burda o uşaqlar nə zülmlə məktəbə gedir. Heç nə istəmirik, bu uşaqların məktəbə rahat gedib-gəlməyi hər şeyə dəyər”.
Yeni dərs ilinin başlamasına iki gün qalsa da, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şonqar yaşayış massivinin sakinləri hələ də övladlarını hansı məktəbə göndərəcəklərini bilmirlər. Sakinlər deyirlər ki, yaşayış massivində məktəb olmadığına görə, 300-ə yaxın şagird Qızıldaş qəsəbəsindəki məktəbə getməyə məcbur qalıb.