“İndi də canımda qorxu var. Yenə də blokdan çıxanda sağıma-soluma baxıram.
Bunu niyə edirəm, nə etmişəm bilmirəm, amma məndə artıq fobiya yaranıb” Kuryer Orxan Zeynalov bu gün xəsətəxanaya qan analizi verməyə gəlib.
O, polisin təqibindən sonra narkotik ittihamı ilə şərlənərək həbs olunacağından ehtiyatlanır.
Orxan Zeynalov avqustun 12-də yaşadığı evə gedərkən mülki geyimli şəxslərin onu təqib etdiyini və hadisə yerindən qaçaraq uzaqlaşdığını bildirir. O deyir ki, gecə saatlarına qədər şəhərin müxtəlif yerlərində polisdən gizlənməyə çalışıb.