Jurnalist: “Memarlıq və Şəhərsalma İdarəsi tikintidən xəbəri olmadığını deyir.
Amma tikinti davam edir. Kimdən icazə alınıb?” İcra Hakimiyyətinin şöbə müdiri:
“Sökülür də. Görürsünüz, sökülür” Bakının mərkəzində, Fəvvarələr meydanında yeni qurulan obyektin tikintisi dayandırılıb. Sosial media istifadəçiləri bu barədə müzakirələr açdıqdan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi açıqlama yayıb ki, tikinti qanunsuz aparılıb və onların bundan xəbəri olmayıb.
Əraziyə gələn Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov tikintinin icazəsiz necə aparılması barədə sualı cavablandırmaqdan boyun qaçırıb.