Ölkə başçısı İlham Əliyev keçirdiyi müşavirələrdə təyin etdiyi vəzifəli şəxsləri adətən tənqid edir.
Baş nazirdən başqa bütün nazirləri prezident İlham Əliyev təyin edir. Bəs o, şikayət etdiyi kadrlarını seçərkən hansı meyarı əsas götürüb? Milli Şuranın sədri Cəmil Həsənli deyir ki, prezident kadrlarını şəxsi sədaqət meyarına görə seçir.
O bildirir ki, Əliyevin kadrları onunla adətən korrupsiya ortaqlığında olan şəxslərdir.