“Azərsu”yun başçısının villasını göstərirdilər, çarhovuzu Əmircan boydadır. Necə olur, o çimə bilir, biz çimə bilmirik?”
Əmircan qəsəbəsi Cabir Əliyev küçəsinin sakinlərini bir il öncə müjdələyiblər ki, onlara yeni su xətti çəkilir, bundan sonra su ilə bağlı problem yaşamayacaqlar. Amma elə problem də bundan sonra başlayıb. Sakinlər deyirlər ki, əvvəllər daimi su gəlsə də, indi suyu pulla alırlar.