Abzas Media-nın əməkdaşı girişinə qadağa qoyulan Söyüdlü kəndinə keçib, oradakı insanlarla söhbətləşib.
Söyüdlü sakini: “O polislərə əmr verənlərin poqonları sökülməli idi, ay bizim prezidentimiz! Mən dedim ki, yüz faiz o polislər işdən çıxarılacaq. Mən prezidentə inanırdım. Ona görə ki, o insanlar günahsız idi. Niyə onlara qaz fısqırdılırdı, niyə onları qırırdı? Mən dedim o polisləri işdən çıxaracaqlar. Amma birini də çıxarmadılar”
Söyüdlü kəndində 23 gündür polis nəzarətində yaşayan Güləsər Alıyeva prezident İlham Əliyevin kəndlilərin aksiyası ilə bağlı çıxışından məyus olub. İyulun 11-də çıxış edən prezident aksiyada özünü yeganə ləyaqətlə aparanın polislər olduğunu deyib.