Qubad İbadoğlunun evindən kompüter və "İslam peyğəmbəri" kitabı götürülüb
Həbsdə olan ADR sədri Qubad İbadoğlunun evində axtarış aparılıb. Axtarışı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları keçirib.
Ailəyə evdə axtarış aparmaqla bağlı məhkəmə qərarı göstərilməyib.
Qubad İbadoğlunun evindən iki kompüter və Qafqaz Müsəlmanları İdarəsinin nəşri olan "İslam peyğəmbəri" kitabı götürülüb.