Hökumət tənqidçilərini həbs etmək üçün ciblərinə pul qoyur?
Hökumət zaman-zaman tənqidçilərinin ciblərinə və ya ofislərinə pul qoyub onları həbs etməkdə ittiham olunur.
Son olaraq müxalif siyasətçi Qubad İbadoğlunun ofisində axtarış zamanı 40 min dollar tapılaraq müsadirə olunub.
Siyasətçinin ailəsi iddia edir ki, bu pulu hökumət nümayəndələri onu həbs etmək üçün ofisə yerləşdiriblər.
Üzərlərində "bəyan edilməmiş pul" tapıldığına görə bundan əvvəl jurnalist Əfqan Muxtarlı və AXCP sədrinin keçmiş müavini, mərhum Gözəl Bayramlı həbs həyatı yaşayıb.