"Bu sianid gölü artıq dolmaq üzrədir. Əgər yağışlar çox olsa, bu göl daşa bilər və daşsa, çox böyük fəlakətlərə səbəb olacaq".
Gədəbəydə qızıl-mədən şirkətinin kimyəvi tullantılar üçün tikmək istədiyi ikinci gölə etirazlardan sonra ekoaktivist Kənan Xəlilzadə Söyüdlüyə yollanıb. O, ərazidə olan birinci sianidli gölün ətraf mühit və insanların sağlamlığına təsirlərini araşdırır.