“Prezident deyir ki, mənə siqnal verin, deyin, çatdırın. Biz də çatdırırıq. Çatdıranı da yox edirlər, çatdırmayanı da”.
Daşkəsənin Xoşbulaq kəndində örüş sahələrini tələb edən sakinlər ya həbs olunur, ya da cərimələnirlər.
Onlar media vasitəsilə örüş sahələrinin vəzifəli şəxslərə verilməsinə etiraz etdikdən sonra bir nəfər 30 sutka inzibati həbs olunub, 2 nəfər ümumilikdə 800 manat cərimələnib. “Məmurlardan xahiş edirik ki, kasıbların torpaqlarından əl çəksinlər” – Xoşbulaq kənd sakini