Polis Gədəbəydə etirazçılara qarşı rezin güllədən, gözyaşardıcı qazdan istifadə edib
Bu gün Gədəbəyin Söyüdlü kəndində ekoloji problemə etiraz edən sakinlərə qarşı polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Məlumatı Abzas Media-ya kənd sakini Sahib Sadıqov verib. Kənd sakinləri ərazidə işləyən qızıl şirkətinin 2012-ci ildə zəhərli tullantıları atmaq üçün yaratdığı göldən sonra ikincisinin tikintisinə başlamasına etiraz ediblər. Onlar bildirirlər ki, bu göl həm onların sağlamlıqlarına, həm də təsərrüfatlarına ziyan verir. “Polislər gözyaşardıcı qaz atdılar. Rezin güllədən xəsarət alan adamlar var. 10 nəfərə yaxın kənd sakinini polis bölməsinə aparıblar” – deyə Sahib Sadıqov bildirib.