“Bu neft buruğundan bizə bir xeyir yoxdur. Hökumətə var ki, bizə yoxdur”
Ramana qəsəbəsində, neft sərvətinin içində yaşamağa bu insanları yoxsulluq vadar edir.
Onlar daldalanacaq kimi düzəldib yığışdıqları bu evlərdə indi problemlərlə əsir-yesir qalıblar.
Hər gün təmiz hava yerinə ciyərlərinə neft qoxusu çəkən 9-cu mədən sakinləri yaxınlıqdakı neft buruqlarının övladları və öz həyatları üçün təhlükə yaratdığını deyirlər.
“Hara ayağımızı basırıq neftə giririk, hara basırıq palçığa giririk. Belə yaşamaq olmaz. Biz də Azərbaycan millətiyik. Xaricdən gəlməmişik ki, deyəsiniz burda yaşamaq olar. Mən özüm xərçəng xəstəsiyəm. Həkim mənə belə yerdə yaşamağa icazə vermir. İmkansız olduğuma görə, gəlib burda yaşayıram. Neyləyim? Məcburam yaşamağa” – Ramana sakini deyir.