Narkotik saxlamaqda və satmaqda ittiham olunan 5 nəfər Bakı Ağır Cinayətlər Məhkəməsinin may ayı ərzində verdiyi bəraət hökmləri ilə azadlıqlarına qovuşublar.
Bəs necə olub ki, bu şəxslər məhkəməyə qədər təqsirləri olmadıqları halda həbs həyatı yaşayıblar?
Məhkəmə həmin şəxslərdən birinə bəraət verərkən qərarını belə açıqlayıb: "Təqsirləndirilən şəxs tutularkən ona fiziki və psixoloji zor tətbiq olunması yolu ilə sübutların əldə edilməsi, tutulma vaxtı ilə ondan narkotik vasitələrin aşkar edilməsi vaxtının üst-üstə düşməməsi, əməliyyat-axtarış tədbirlərinin qanunsuz keçirilməsi və digər pozuntular bəraət hökmünün çıxarılmasına əsas olmuşdur".