“Uşaq gilas istəyir, alça istəyir. Mən onu ala bilmirəm, uşaqlara yedizdirə bilmirəm.
Uşaq deyir, “mama, kartof qızartması, makaron yeməkdən bezdim”.
Heç olmasa bir uşağa ayda 100 manat versələr, dörd uşağa 400 manat bəs edərdi“. 4 uşaq anası Leyla Daşdəmirova hər gün səhərini bu gün övladlarına nə bişirib verəcəyi qayğısı ilə açır.
Leylanın həyat yoldaşı fəhlə, özü isə xadimə kimi çalışır. Aylıq ümumilikdə 450-500 manat gəlirlərinin olduğunu deyən Leyla qazanclarının çoxunu əvvəlki aylardakı borclarını bağlamağa xərclədiklərini deyir.