“Yaşayış icazəsi ala bilmədik. Məcbur qaçaq qaldıq. İndi nə Azərbaycana gedə bilirik, nə də ki burda düzgün bir şəkildə işləyə bilirik”
Azərbaycanda işsizlikdən, imkansızlıqdan əziyyət çəkən vətəndaşlar pənah yeri kimi qonşu Türkiyəyə üz tuturlar. Əsasən naxçıvanlıların yaşadığı İstanbulun “500 evlər” səmtində yaşayış icazəsi olan da var, qaçaq yolla yaşayan da. Sənədləri qaydasında olmadığına görə, onlar övladlarına da təhsil verə bilmirlər.