Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi Kemal Kılıçdaroğlu Babala Tv kanalına verdiyi müsahibədə o prezident seçilərsə, Azərbaycanla quracağı əlaqələrdən və "İpək yolu" layihəsindən danışıb.
"Bilirsiniz, Zəngəzur dəhlizi var. Bu dəhliz açılmalıdır. Amma bu dəhlizin açılması tərəflərin uzlaşmasına və Türkiyənin qeyd-şərtsiz Azərbaycana dəstək verməsinə bağlıdır"- Kılıçdaroğlu bildirib.