Ötən axşam bir qrup LGBTQ+ fəalı 37-ci polis bölməsinin önündə aksiya keçirməyə cəhd edib. Onlar mayın 22-də saxlanılan transgenderlərə polis bölməsində şiddət göstərildiyini bildirərək bölmənin qarşısına yığışıblar. Polis aksiyaya müdaxilə edərək etirazçıları saxlayıb.