“Bax, bu dəmiri yığıram. Bununla evə ət almaq olar?! Bununla soyuducu doldurmaq olar?! Bax, belə yaşayıram. Qoy, bütün dövlət baxsın ki, nə vəziyyətdə yaşayırıq. Görsünlər Elsevərin atası necə yaşayır”.
Hacıyevlər ailəsinin iki üzvü 1 aydan çoxdur həbsdədir. Onlar İranla Azərbaycan arasında gərginləşən münasibətlər fonunda kütləvi şəkildə həbs edilən dindarlardandır. Rəhmət Hacıyev deyir ki, evi oğlu və kürəkəni dolandırırmış. Onlar həbs ediləndən sonra güzəranları pisləşib.