"Hamımız demokratiya üçün çox darıxmışıq"- səsvermə üçün məntəqəyə gələn müxalifətin vahid namizədi Kemal Kılıçdaroğlu mətbuata bunları deyib.
Bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. İnsanlar səhər açılandan məntəqələrin qarşısında səsvermə üçün növbəyə düzülüblər.
Ölkədə səsvermə hüququ olan 64 milyon nəfər var. Onların içərisində sağlıq problemi olsa da, səsverməyə gəlməkdə tərəddüd etməyən seçicilər də var.