44 saylı Şəhər Poliklinikasının Baş tibb bacısı Aygün Qarayevanın səs yazısı Abzas Media-ya göndərilib.
O, keçmiş prezident Heydər Əliyevin yubileyi ilə əlaqədar tibb işçilərindən pul istəyir.
“Heydər Əliyevin yubileyi ilə əlaqədar olaraq divarda şəkillər asılacaq, onu sifariş veriblər. Tibb bacıları 10 manatdan, sanitar işçilər 5 manatdan, həkimlər də 20 manatdan gətirsinlər” – A.Qarayeva səs yazısında deyib.
Tibb bacısı Abzas Media-ya bildirib ki, bu məsələni böyütmək lazım deyil: “Mən sizdən çox xahiş edirəm... Necə lazımdır, nə təhər lazımdır həll edək məsələni. Belə böyütmək lazım deyil”.