“Bir əlimlə gözümün yaşını sildim, bir əlimlə evə yük daşıdım ki, qoy, bu camaat birtəhər yerləşib otura bilsin”.
Bu evdə 4 ay əvvəl Türkiyədəki zəlzələdə həlak olan azərbaycanlı tələbə Şahin Vəliyevin "qara bayram"ı keçirilir.
Şahinin ailəsi onu yad etməyə gələn qonaqları oturtmağa yer tapa bilmir.
Bu, o evdir ki, 2020-ci il oktyabrın 17-də İkinci Qarabağ Müharibəsi zamanı Gəncəyə atılan raketin yaxınlığa düşməsindən yerləyeksan olmuşdu.
Ailə o vaxtdan bölünərək hərəsi bir evdə kirayədə qalmalı olub. Zəlzələyə Türkiyədə qaldığı yataqxanada yaxalanan Şahin Vəliyev Azərbaycana da qalmağa evləri olmadığı üçün qayıtmamışdı.