“Mən bunu “Media haqqında” qanun adlandırmazdım. Bu, medianı məhdudlaşdırmaq və məhv etmək qanunudur”
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür.
"Sərhədsiz Reportyorlar" bu gün Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb. Azərbaycan 180 ölkə arasında 151-ci yeri tutub və medianın vəziyyətinin “çox pis” olduğu ölkələr arasında yer alıb. Jurnalistlər deyirlər ki, Azərbaycanda mətbuat azadlığının vəziyyəti ötən ilin fevralında qüvvəyə minən "Media haqqında" qanunla daha da pisləşib.