“Gözlərim kor olaydı, kor olaydı, balamı elə görməyərdim”
Naxçıvanda hərbi xidmət çəkən oğlu Hüseynin itkin düşməsindən sonra Şəlalə Axundovanın gözü xəbərlərdə qalıb.
Oğlunun Ermənistan tərəfdə saxlanılıb, döyülməsi ilə bağlı videoya baxandan sonra o, özünə gələ bilmir.
Valideyn oğlu Hüseyn Axundovun səhhəti, ona qarşı ola biləcək zorakı davranışlarla bağlı narahatdır: “Hamısına baxdım. Ana üçün dağ olan bir şeydir bu. Hamısını gördüm. Balama işgəncə veriblər”.