“Normal halda 5-10 dəqiqəyə getdiyim yolu artıq 40 dəqiqədən çoxdur ki, gəzirəm. Və qarşımı kəsirlər, bildirirlər ki, ordan keçmək olmaz, burdan keçmək olmaz. Ən yaxın olan yola qoymurlar, məni bu qədər fırladırlar. Belə mümkün deyil. Nə qədər olar?!”
Bir neçə həftədir şəhərin mərkəzi hasarlanıb, dəmir barmaqlıqlar, yol kənarına beton piltələr quraşdırılıb. Həftələrdir davam edən hazırlıqdan sonra bu gündən Bakıda növbəti "Formula 1" üzrə Azərbaycan Qran Prisinə start verilib. Şəhərin mərkəz küçələri sürücülərin üzünə bağlanıb.
Tədbirin təşkilatçısı olan Bakı Şəhər Halqası vətəndaşlara göstərdikləri anlayışa görə öncədən təşəkkür etsə də, hər il keçirilən bu yarışla bağlı vətəndaşların fikri soruşulmur.