“Ən ucuz turbalarla guya su çəkdilər. Onun dalınca gətirib yanlarında şam ağacı əkdilər. Həmin gün də maşınla aralıdan su vurdular. Su gəldi, çəkiliş elədilər, apardılar təhvil təslim elədilər, 1 saat keçmədi, ağacları da çıxarıb özləri ilə apardılar. Çalaları indi də orda qalıb”.
Şabran şəhərinin Dəvəçi kəndinə qoyulan su çəninə sakinlər öz aralarında "abidə" deyirlər. Çünki 7 il əvvəl qoyulan bu çən işləksiz vəziyyətdədir.