“Qəşəng özügələn saçı var idi. Saçları töküldü, kiprikləri töküldü, qaşı töküldü”
Əliyevlər ailəsinin rahat həyatını bir gün 7 yaşlı övladlarının leykoz xəstəliyinə tutulduğu xəbəri pozub.
Uşağın nənəsi Hüsnabat Əliyeva deyir ki, keçən ilin noyabrından xəstəxana yollarında qalıblar, əllərində-ovuclarında olan pulu da dərmanlara xərcləyirlər. Deyir, əvvəl xəstəxanadan pulsuz götürdükləri dərmanları indi pulla almağa məcbur olurlar.