“Prezident bu kəndə yiyə durmursa, versin başqa respublikaya”
Saatlı sakini: “Bunlar istəyirlər ki, kənd məhv olub getsin. Kürün suyu ilə yıxa bilmədilər, indi elə edirlər ki, bizi susuzluqla sınağa çəksinlər, yavaş-yavaş əzsinlər, əlimizi çəkək, gedib Bakıda fəhlə işləyək. Bunlar da burda yaylaqlarını bəsləsinlər”.
Susuzluğa etiraz edən Saatlı sakinlərinin həyatında martın 13-də keçirdikləri aksiyadan sonra heç nə dəyişməyib. Sakinlər hələ də içməyə və təsərrüfatlarını suvarmağa su tapmırlar.