Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AbzasMedia-nın suallarını cavablandırıb.
Tez-tez Bakıda ağacların kəsilməsi görüntüləri yayılır. Bu prosesdə həm Ekologiya Nazirliyinin əməkdaşları, həm də polis əməkdaşları olur. Niyə ağackəsmə Azərbaycanda, xüsusən də yaşayış zonalarında hələ də həyata keçirilir?
-Əlbəttə ki, onu kəsənlər də öz vətəndaşlarımızdır. Birinci elə o vətəndaşlardan soruşmaq lazımdır ki, ağacı niyə kəsirsiniz?