“Son hadisələr göstərdi ki, nə qədər qadının həyatı təhlükədədir və bu məsələlərin birbaşa günahkarı Azərbaycan hökumətidir. 2019-cu ildə Elşad Hacıyevə bir nəfər təhdid yazmışdı.
DTX onu 5 dəqiqə içində tutdu, 3 il də həbs verdi. Yəni, bir Telegram kanalını kimin yaratdığını tapmaq Azərbaycan hakimiyyəti üçün heç də çətin bir şey deyil.
O, bunu çox rahatlıqla tapa bilər. Sadəcə özü olduğu təqdirdə bunu etmir”- feminist fəal Nərmin Şahmarzadə deyir. Feminist fəallar "8 marş" aksiyasına hazırlaşırlar. "Yaşamaq istəyirik" şüarı ilə keçiriləcək aksiya qadın qətllərinə diqqət çəkir. Feministlər həm də qadınların siyasi alət kimi istifadə olunmasına etiraz edirlər.