Dünən Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardım apararkən qırmızı maşını ilə fotosu çəkilib sosial şəbəkələrdə paylaşılan Sərvər Bəşirli deyir ki, belə məşhurlaşacağını gözləmirdi: “Hər kəs kimi mən də yardım üçün yorğan-döşək yığıb gətirmişdim.
Maşında çox şey yığılmışdı. Yəqin diqqət çəkib, çəkiliş olub. Gedib evdə bildim ki, günün fotosu yayılıb”.