“Türkiyəyə yardıma 30-40 faiz sökülmüş-tökülmüş, cırıq, hündürdaban ayaqqabılar, açıq-saçıq paltarlar göndərirlər. Bu dəqiqə onların ayaqqabıya, isti paltara ehtiyacı var. Orda onu neyləyəcəklər?”
Türkiyədə fevralın 6-da baş verən iki güclü zəlzələdən sonra dünyanın hər yerində olduğu kimi Azərbaycanda da insanlar yardımlar toplamağa başladılar. Mirmehdi Ağami də ilk günlərdən yardımtoplama kampaniyasına könüllü kimi qoşulub və burada günün necə keçdiyindən danışır.