"Bakı İstintaq Təcridxanasının sədri Elnur İsmayılov və onun müavini Cavid deyiblər ki, sən niyə Ombudsmana yazırsan? Niyə ora-bura yazırsan? Niyə şikayət edirsən? Onsuz da Ombudsman da bizim adamdır. O, onsuz da baxmayacaq" - Ülvi Həsənlinin bacısı Dekabrın 11-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media" rəhbərliyinin ailə üzvlərinin şikayətinə baxılıb.
Şikayət bank hesablarına həbs qoyulması və bank məlumatlarının ələ keçirilməsi ilə bağlı olub. Bakı Apellyasiya Məhkəməsi işi yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərib. Ülvi Həsənlinin bacısı Nərmin Həsənova qardaşının təcridxanada təhdid edildiyini bildirib.
"Abzas Media"nın rəhbərləri Ülvi Həsənli və Sevinc Vaqifqızı qrup halında qaçaqmalçılıqda ittiham olunur. Jurnalistlər ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.