Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. Vəkil bildirib ki, Teymur Kərimov 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilir.
Nemət Kərimli qeyd edib ki, "Kanal 11" internet televiziyasının rəhbəri məhkəmədə ittihamları qəbul etməyib və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyib.