Yeni ilin gəlişinə bir gün qalmış paytaxt sakinlərini bayram süfrəsi təlaşı bürüyüb.
Alış-veriş üçün 8-ci kilometr bazarına üz tutanlar piştaxtaların arasında gəzişərək məhsullara qoyulan qiymətləri müqayisə edirlər.
Onların əksəriyyətini bir sual düşündürür. Əllərindəki pul bayram süfrəsinə çatacaqmı? “Bahalıqdır. Gücümüz çox şey almağa çatmır. Meyvəyə ümumiyyətlə yaxınlaşmaq olmur”